Chelsea-dan rekord göstərici


İdman 20 Fev 2019 15:53:00 244 0

Chelsea-dan rekord göstərici

Chelsea rəhbərliyi 1992/93 mövsümündə futbolçularına 3 milyard funt məvacib ödəyib.

Goal.az xəbər verir ki, 2003-də rusiyalı biznesmen Roman Abramoviç klubu satın alandan bu günə kimi komandanın maaşı 2,76 milyard funt təşkil edib. London klubu analoji göstəricidə Manchester United-i geridə qoyub. Manchester təmsilçisi İngiltərə Premyer Liqasında çıxışa başlayandan indiyədək futbolçularına 2,6 milyard funt məvacib ödəyib.

Xatırladaq ki, Roman Abramoviç 2003-cü ildə Chelsea-nı 140 milyon funta satın alıb. Klub bu illər ərzində 5 dəfə İngiltərə çempionu olub. Bir dəfə Çempionlar Liqasını qazanıb. Həmçinin 5 dəfə ölkə kuboku, 3 dəfə Liqa kuboku sevincini yaşayıb. İngiltərə Superkubokunu iki dəfə əldə edib. Hazırda 50 xalla turnir cədvəlində altıncı yerdədir.