Günter Ottinger: “Cənub Qaz Dəhlizi” Aİ üçün strateji vacib layihədir


Digərləri 20 Fev 2019 15:53:05 227 0

Günter Ottinger: “Cənub Qaz Dəhlizi” Aİ üçün strateji vacib layihədir

“Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün strateji vacib layihədir

Bakı. Sara İsrafilbəyova - “Cənub Qaz Dəhlizi” Avropa İttifaqı (Aİ) üçün strateji vacib layihədir. Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında deyib. G.Ottinger qeyd edib ki, artıq “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Türkiyəyə qaz tədarükü başlayıb. O ümidvar olduğunu bildirib ki, layihənin son halqası Trans-Adriatik boru kəməri (TAP) 2019-2020-ci illərdə işə düşəcək.