Fransa klubu UEFA-ya şikayət edəcək


İdman 20 Fev 2019 15:32:00 311 0

Fransa klubu UEFA-ya şikayət edəcək

Nantes mərhum futbolçusu Emiliano Salanın transfer pulunu ödəməyən Cardiff City-dən UEFA-ya şikayət edəcək.

Goal.az xəbər verir ki, Fransa klubu vəsaitin ən azı bir hissəsinin köçürülməsini tələb etsə də, valliyalılar tələsmir. Cardiff təyyarə qəzası üzrə aparılan araşdırmanın nəticəsini gözləyir. Klub pilot Devid İboytsonun kommersiya uçuşlarına lisenziyasının olub-olmadığını dəqiqləşdirməyə çalışır.

Xatırladaq ki, Emiliano Sala yeni transfer olunduğu Cardiff-ə qoşulmaq üçün yanvarın 21-də şəxsi təyyarə ilə Uelsə uçub. Lakin təyyarə qəzaya uğrayıb. Uzun axtarışlardan sonra La-Manş sularından tapılan argentinalı futbolçunu cəsədi bir neçə gün əvvəl doğulduğu Proqreso şəhərində dəfn edilib. Pilotun axtarışları davam edir.