"Cənub Qaz Dəhlizi"nə maraq artır"


Digərləri 20 Fev 2019 15:21:00 231 0

"Cənub Qaz Dəhlizi"nə maraq artır"

"Bu il "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası çərçivəsində nazirlərin görüşündə iştirakçıların sayı daha da çoxalıb və bu say 17-yə çatıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Nazir bildirib: "İlk dəfə olaraq iclasa Serbiya, Macarıstan və San-Marino da qatılıb. Bu onu göstərir ki, bu layihəyə ildən-ilə maraq artır".