Nazirlik əməkdaşına qarşı 180 min manat dələduzluq edən bank işçisi: "Məbləğlərlə razı deyiləm"


Digərləri 20 Fev 2019 15:28:00 204 0

Nazirlik əməkdaşına qarşı 180 min manat dələduzluq edən bank işçisi: "Məbləğlərlə razı deyiləm"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

E.Məlikov özünü qismən təqsili bildiyini deyib. O, irəli sürülmüş ittiham üzrə məbləğlərin şişirdildiyini söyləyib: "Məbləğlərlə razı deyiləm".

Növbəti iclasda təqsirləndirilən şəxs və zərərçəkmişlər ifadə verəcəklər.

Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib.