Şok kadrlar:


Digərləri 20 Fev 2019 15:15:00 321 0

Şok kadrlar:

ABŞ və Kanadanın hokkey klublarını birləşdirən Milli Hokkey Liqasının (NHL) ötən turunda "Tampa Bey Laytninq" və "Kolumbus Blyu Cakets" klubları arasındakı matçda qorxulu insident yaşanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Ohayo ştatındakı Kolumbus şəhərində oynanan matçda NHL-in veteran şərçilərindən biri, 57 yaşlı Pyer MakQuayr təsadüf nəticəsində ölümdən qurtulub. Arenada hokkeyçilərdən birinin zərbəsindən sonra qalxan şayba ildırım sürəti ilə şərhçinin başından cəmi bir neçə santimetr aralı keçib.

Ehtiyat oyunçular skamyasında oturmuş şərhçi təhlükəsizlik qaydalarını pozmuşdu. Onun başında kaska yoxdu.


Xəbərə aid fotolar