BP: “Şahdəniz” və “ŞəfəqAsiman” yataqları Xəzər qazının etibarlı tədarükünü təmin edəcək


Digərləri 20 Fev 2019 15:17:00 192 0

BP: “Şahdəniz” və “ŞəfəqAsiman” yataqları Xəzər qazının etibarlı tədarükünü təmin edəcək

"Azərbaycanda "Şahdəniz" və "Şəfəq-Asiman" qaz yataqları Xəzər qazının bu əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair keçirilən 2019-cu il sərgi-konfransında BP-nin neft quyuları üzrə vitse-prezidenti Mayk Zangi deyib.

O qeyd edib ki, şirkətin Xəzər dənizində - həm "Şahdəniz" yatağında, həm də "Azəri-Çıraq-Günəşli" (AÇQ) blokunda fəaliyyəti BP-nin dünyadakı irimiqyaslı fəaliyyətini əks etdirir:

"Növbəti 25 il ərzində BP şirkəti və onun tərəfdaşlarının diqqəti AÇQ və "Şahdəniz" layihələrinə yönələcək. Biz bu yataqların işlənməsini əsrin ortalarınadək davam etdirəcəyik".