Milli Oftalmologiya Mərkəzi Xaçmaz sakinləri üçün aksiya keçirəcək


Digərləri 20 Fev 2019 15:18:00 203 0

Milli Oftalmologiya Mərkəzi Xaçmaz sakinləri üçün aksiya keçirəcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası fevralın 21-22-də növbəti tibbi aksiyasını Xaçmaz rayonunda keçirəcək.

Bakı. İlhamə İsabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası fevralın 21-22-də növbəti tibbi aksiyasını Xaçmaz rayonunda keçirəcək. Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, aksiya Xaçmaz dəmiryolu vağzalında olacaq. Humanitar aksiyanın məqsədi pasiyentləri operativ şəkildə müayinə və müalicə etmək, onlar arasında refraksiya anomaliyalarının aşkarlanmasındır. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.