Fransada yəhudilərə hücumlar artır: Makron


Dünya 20 Fev 2019 15:05:00 224 0

Fransada yəhudilərə hücumlar artır: Makron

Fransanın Elzas əyalətindəki Katsenhaym yəhudi qəbristanlığında vandalizm aktı qeydə alınıb. Cinayətkarlar 90 məzarı təqhir ediblər. Məzarların sinədaşlarına svastikalar çəkilib, antisemit şüarlar yazılıb.

Mlli.Az Daiyl Mail-ə istinadən bildirir ki, Fransa prezidenti Emmanuel Makron kəndə yollanıb, məzarlığa baş çəkib.

"Əfsuslar olsun ki, nifrətə qapılmış insanlar onlaradək başqalarının etdikləri əməlləri təkrarlayıblar. Yəhudi xalqı ilə həmrəy olduğumu göstərmək üçün buradayam. Vandalizmə görə utandığımızı göstərmək üçün buradayam. İstənilən təzahür formalı antisemitizmlə, nifrətin istənilən forması ilə mübarizəyə hazır olduğumuzu göstərmək üçün buraya gəldim", - E.Makron deyib.

Fransanın DİN başçısı Kristof Kastaner vandalların yaxalanması üçün bütün tədbirlərin görüləcəyini deyib. Strasburq prokurorluğu olayla bağlı cinayət işi açıb.


Xəbərə aid fotolar