Horadiz şəhər Muğam Mərkəzində “Ana Vətən” adlı konsert keçirilib FOTO


Kriminal 20 Fev 2019 14:34:00 631 0

Horadiz şəhər Muğam Mərkəzində “Ana Vətən” adlı konsert keçirilib  FOTO

Horadiz şəhər Muğam Mərkəzində “Ana Vətən” adlı konsert keçirilib

Horadiz şəhər Muğam Mərkəzində "Ana Vətən" adlı konsert keçirilib.

Son.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Füzuli rayon Horadiz şəhər Muğam Mərkəzində Bakı şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin "Ana Vətən" adlı konsert proqramı təşkil olunub.

Tədbirdən öncə foyedə 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfininin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Füzuli rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, şəhər əhalisi iştirak edib.