Xəzər rayonunda Xocalı soyqırımının 27-ci ildönümü qeyd olunub (FOTO)


Digərləri 20 Fev 2019 14:33:00 239 0

Xəzər rayonunda Xocalı soyqırımının 27-ci ildönümü qeyd olunub (FOTO)

20 fevral 2019-cu il tarixdə YAP Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Bakı. 20 fevral 2019-cu il tarixdə YAP Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının İdarə Heyətinin üzvü Gülağa İslamov, Xəzər rayon Ağsaqqalar şurasının sədri Rövşən Salahov, rayon vətən müharibəsi, əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Səfa Əliyev, Xocalı faciəsində ailə üzvləri şəhid olmuş Nanə Mehdiyeva və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Xocalı soyqırımında və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımı barədə film nümayiş etdirilib. Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Rauf Əliyev, rayon vətən müharibəsi, əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Səfa Əliyev, Xocalı faciəsində ailə üzvləri şəhid olmuş Nanə Mehdiyeva çıxış ediblər.