İş axtaranlar! 5 dövlət orqanında 88 yer vakantdır


Digərləri 20 Fev 2019 13:55:00 200 0

İş axtaranlar! 5 dövlət orqanında 88 yer vakantdır

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-dən etibarən mərkəzi icra hakimiyyəti orqanlarında inzibati rəhbər vəzifələr üzrə müsabiqənin müsahibə və ümumi müsahibə elanlarını verib.

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-dən etibarən mərkəzi icra hakimiyyəti orqanlarında inzibati rəhbər vəzifələr üzrə müsabiqənin müsahibə və ümumi müsahibə elanlarını verib. DİM-dən Trend-ə bildirilib ki, dövlət qulluğu vəzifələrinin A növünə aid (inzibati rəhbər vəzifələr) müsabiqənin müsahibə mərhələsi üzrə 5 dövlət orqanında 88, ümumi müsahibə üzrə isə 4 dövlət orqanında 10 vakant inzibati vəzifənin tutulması üçün müsahibə mərhələsi elan edilib. Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti martın 7-dək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib. Namizədlər dövlət qulluğunun A növü üzrə müsabiqənin müsahibə və ümumi müsahibə elanları ilə DİM-in saytında da tanış ola bilərlər.