Kovaç: "Liverpool-la belə oyun fantastikadır"


İdman 20 Fev 2019 13:32:00 206 0

Kovaç: "Liverpool-la belə oyun fantastikadır"

Bayern Münich-in baş məşqçisi Niko Kovaç ÇL-nin 1/8 mərhələsində Liverpool-la bərabərlik (0:0) matçından danışıb.

Goal.az xəbər verir ki, xorvat komandasının çıxışını yüksək dəyərləndirib: “Səfərdə Liverpool-a müqavimət göstərmək, sözün əsl mənasında, fantastikadır. Fiziki və texniki cəhətdən yaxşı oynadıq. Burada istədiyin kimi oyun sərgiləmək asan deyil. Lakin komandam qarşıya qoyulan tapşırığı yerinə yetirdi. Futbolçularımın hər biri komanda yoldaşına dəstək oldu. Birgə iş həmişə bəhrə verir”.