Neymar zədəsinə görə iki gün ağladı


İdman 20 Fev 2019 13:13:00 281 0

Neymar zədəsinə görə iki gün ağladı

PSG-nin hücumçusu Neymar zədəyə görə narahatlıq keçirdiyini deyib.

Goal.az xəbər verir ki, forvard tezliklə meydana qayıtmaq istədiyini bildirib. “Birinci dəfə zədələnəndə özüm-özümə söz verdim ki, tez sağalmalıyam. Belə də oldu. İkinci dəfə isə heç nə edə bilmədim. Vəziyyətdən necə çıxacağımı təsəvvür etmirdim. İki gün ağladım. Agrılara görə ağlamırdım. Düşdüyüm vəziyyət məni narahat edirdi. Meydana qayıtmaq istəyirəm. Həyatım futbola bağlıdır”,- forvard deyib.

Xatırladaq ki, Neymar Fransa Kuboku uğrunda Strasburg-la oyunda ciddi zədələnib. Hazırda müalicə kursu keçən braziliyalının 10 həftə forma geyinməyəcəyi dəqiqləşib.