“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır


Digərləri 20 Fev 2019 12:49:00 254 0

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır

İstanbulda "Palmali" Şirkətlər Qrupu tərəfindən Xocalı Soyqırımının anım günü ilə əlaqədar böyük "Xocalı üçün paylaş" Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcək. İstanbul Universitetində baş tutacaq Kampaniya dörd dildə (ingilis, türk, rus və fransız) əsasən tələbələrdən ibarət könüllülər tərəfindən aparılacaq.

26 fevral, 2019-cu il, saat 12:00-da İstanbul Universitetində başlayacaq kampaniyanın əsas məqsədi başda "Twitter" olmaqla, bütün sosial şəbəkələrdə o günün anlam və önəminin dünyaya çatdırılmasıdır.

"Xocalı üçün paylaş" Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər #hocalıiçinpaylaş və #shareforkhojaly həştəqləri ilə sosial şəbəkədə həm Türkiyə, həm də dünya üzrə ilk sıralara daxil olmağı hədəfləyirlər. Üzərində "Xocalı üçün paylaş" Beynəlxalq Sosial Media Kampaniyasının xüsusi geyimi olan və sosial media üzrə xüsusi təlim keçmiş 200 könüllü gün ərzində bu həştəqlərlə Xocalı Soyqırımı başda olmaqla, Qarabağ həqiqətlərini dünyaya çatdıracaq, Xocalıya ədalət üçün dünyaya meydan oxuyacaqlar.

Son.az yeniçağ-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bildirib ki, "Məqsədimiz təkcə Türkiyədə deyil, bütün dünyada Xocalı ağrı-acısını, orada yaşananları paylaşmaq, yeni çağın ən təsirli silahı olan sosial media vasitəsi ilə erməni daşnaqlarının vəhşicəsinə törətdikləri cinayətlərini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaqdır. Bu səbəbdən də dünya azərbaycanlılarını Xocalı üçün bu həqiqətləri paylaşmaqda aktiv olmağa dəvət edirik".