Özünüməşğulluq proqramına cəlb edilənlərin hər birinin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq


Digərləri 20 Fev 2019 12:43:00 175 0

Özünüməşğulluq proqramına cəlb edilənlərin hər birinin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemində özünüməşğulluq proqramı iştirakçılarının hər birinin ayrıca kabineti olacaq.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemində özünüməşğulluq proqramı iştirakçılarının hər birinin ayrıca kabineti olacaq. Nazirlikdən Trend-ə veirlən məlumata görə, iştirakçıya dair kabinetdə onun özünüməşğulluq proqramına müraciət etməsi və prqrama qəbulu, proqram çərçivəsində təlim kursu keçməsi, müdafiə etdiyi biznes-plan barədə məlumatlar yer alacaq. Proqram iştirakçısına biznes-planına uyğun şəkildə aktivlərin (mal və materialların) təqdim edilməsi prosesini əks etdirən məlumatlar, aktivləri qəbul etməsini və verilən aktivlərdən razılığını öz imzası ilə təsdiq etdiyi aktlar da orada yerləşdiriləcək. Həmçinin aktivlərin keyfiyyətini təsdiqləyən sənədlər (o cümlədən verilən mal-qaranın sağlamlıq vəziyyətinə dair baytarlıq arayışları), iştirakçının aktivləri qəbul edərkən öz razılığı ilə çəkilmiş video, foto materiallar da “Məşğulluq” altsistemindəki kabinetdə əksini tapacaq.