Bu gün Bakı metrosunda baş vermiş ölümün SƏBƏBİ məlum oldu


Digərləri 20 Fev 2019 12:23:00 251 0

Bu gün Bakı metrosunda baş vermiş ölümün SƏBƏBİ məlum oldu

Bakıda metroda 58 yaşlı kişinin ölüm səbəbi məlum olub.

Bakı. Samir Əli - Bakıda metroda 58 yaşlı kişinin ölüm səbəbi məlum olub. Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, stansiyada dünyasını dəyişən Zaqatala rayon sakini, 1961-ci il təvəllüdlü Ömərov Hidayət Şaban oğlu ürək xəstəliyindən əziyyət çəkirmiş: "Səhər saatlarında metronun "Nərimanov" stansiyasının girişində özünü pis hiss edib. Bir neçə dəqiqədən sonra Hidayət Ömərov stansiyaya düşmək istəyərkən girişdə özünü yenidən pis hiss edib və qəfil ürəyi dayanıb".