Dilimizdə əsas problemlərdən biri açıqlandı


Digərləri 20 Fev 2019 11:38:55 195 0

Dilimizdə əsas problemlərdən biri açıqlandı

Bu gün dilimizdə əcnəbi sözlərdən yersiz olaraq istifadə edilməsi əsas problemlərdəndir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfransda çıxış edərkən deyib.

M.Nağısoylu bildirib ki, 2001-ci ildən bütün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur: "Sovet dövründə ana dilimizin Azərbaycan dili olduğu bildirilsə də, dövlət idarələrində rəsmi olaraq bu dil deyil, rus dili işlənirdi. Dilimiz ölü dillər siyahısına düşürdü, çünki dilimiz rəsmi olaraq işlənmirdi, sənədlər də bu dildə yazılmırdı. Müstəqillik qazandıqdan sonras Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Lakin bu yalnız kağız üzərində qalmadı, ana dilimiz dövlət idarələrində işlənməyə başlandı".