Sevgilisi Mətanət Əsədovaya nə hədiyyə edib?


Şou-biznes 20 Fev 2019 11:27:00 264 0

Sevgilisi Mətanət Əsədovaya nə hədiyyə edib?

Bir neçə gün öncə doğum gününü qeyd edən Mətanət Əsədova ona edilən hədiyyələrdən danışıb.

Son.az xəbər verir ki, müğənni "ölkə.az"ın əməkdaşı ilə söhbətində bildirib ki, bu doğum günündə həmkarları ilə yanaşı, sevgilisi də onu diqqətsiz qoymayıb:

"Doğum günümdə həm həmkarlarım, həm dostlarım, eyni zamanda sevdiyim insan tərəfindən qiymətli hədiyyələr aldım. Stilist Rəşad Əliyev mənə 111 ədəd gül və bahalı zinət əşyası hədiyyə etmişdi.  

Manaf Ağayev də doğum günümdə mənə qarşı unudulmaz jest etdi. Məclisimin əvvəlindən axırına qədər yanımda oldu, hətta qonaqlarımı da mənimlə birlikdə qarşıladı. Çünki biz çox yaxınıq. Bütün musiqiçi yoldaşlarımdan çox razıyam. Mən onlara necə olmuşamsa, onlar da elə davrandılar. İstərdim ki, xoş günlərdə görüşək, mehriban olaq".