Avroliqada ilk 1/8 finalçı müəyyənləşir


İdman 20 Fev 2019 11:22:00 201 0

Avroliqada ilk 1/8 finalçı müəyyənləşir

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Goal.az-ın məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək. Sevilla və Lazio komandaları öz aralarında ilk 1/8 finalçını müəyyənləşdirəcəklər. İtaliyadakı qarşılaşmada minimal hesablı qələbəsi qazanan ispanlar doğma meydanda bu üstünlüyünü qorumağa çalışacaq. Roma klubu isə evdəki məğlubiyyətin əvəzini çıxıb, adını növbəti mərhələyə yazdırmaq arzusundadır.

Sevilla - Lazio oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, 1/16 final mərhələsinin digər cavab oyunları fevralın 21-də keçiriləcək.

Avropa Liqası, 1/16 final mərhələsinin cavab oyunları


20 fevral

21:00. Sevilla - Lazio

İlk oyun - 1:0