PAŞA Bank KOS-lar üçün “Bahar kampaniyasına” start verir


Digərləri 20 Fev 2019 10:57:27 173 0

PAŞA Bank KOS-lar üçün “Bahar kampaniyasına” start verir

PAŞA Bank 20 fevral tarixindən KOS-lar üçün “Bahar kampaniyasına” start verir.

Bakı. Ölkənin aparıcı korporativ bankı PAŞA Bank 2018-ci ildən etibarən Kiçik və orta sahibkarlara dəstəyini genişləndirib və onların fərdi ehtiyaclarına uyğun, gündəlik xərclərini optimallaşdıran, biznes fəaliyyətlərinin genişləndirilməsinə imkan verən məhsul və xidmətləri təklif edir. KOS müştərilərinin əlverişli şərtlərlə bir sıra məhsul və xidmətlərdən yararlanması məqsədilə PAŞA Bank 20 fevral tarixindən KOS-lar üçün “Bahar kampaniyasına” start verir. Kampaniya 31 mart tarixinədək davam edəcək. Belə ki, qeyd edilmiş müddət ərzində Banka müraciət edən kiçik və orta sahibkarlıq seqmentinə aid yeni müştərilər kampaniyadan yararlanaraq cari hesabın açılması, əmək haqqı məhsulundan (xidmət və kart sifarişi) istifadə, POS Terminalın quraşdırılması, Gömrük Kartın verilməsi xidmətlərini tam pulsuz əldə edəcəklər. Yeni Müştərilər həmçinin Bankın digər kassa-hesablaşma xidmətlərindən sərfəli tariflər ilə yararlanacaq. Kampaniya müddəti ərzində biznesin maliyyə ehtiyaclarını qarşılamaq üçün Banka ilk dəfə müraciət etmiş təchizatçılar invoyslarını komisyonsuz və illik faiz dərəcəsinə 1% endirim ilə maliyyələşdirəcəklər.