Dünyanın hər yerində təbəssüm bəxş edən kart


Digərləri 20 Fev 2019 10:35:00 207 0

Dünyanın hər yerində təbəssüm bəxş edən kart

"Smilecard" taksit məbləğini artırdı.

Yalnız Azərbaycanda deyil, sərhəddən kənar bütün ölkələrdə keçərli olan taksit kartı - Smilecard cari ilin fevral ayından kredit məbləğini 4000 AZN - dək artırdı. Kifayət qədər geniş müştəri bazasına malik olan Smilecard öz imtiyazları ilə müştərilərinin sayını hər gün daha da artırır.

Bu barədə məlumat verən Pərakəndə məhsulların yaranması və inkişafı bölməsinin müdiri Tərlan Rüstəmov bildirdi ki, Smilecard-ın istifadəçi sayı artdıqca bank müştərilərinə sərfəli imkanlar, bol üstünlüklər təqdim edir.

"Smilecard-ı digər kartlardan fərqləndirən əsas faktor daima üstünlüklərinin yenilənməsidir. Kart istifadəçilərinin sayı artdıqca onlar üçün daha da imtiyazlı addımlar atırıq. Kredit məbləğinin 4000 AZN-ə qaldırılması yalnız yeni kart sahibləri üçün nəzərdə tutulan üstünlük deyil. Daha əvvəl Smilecard-a sahib olan müştərilər banka müraciət edərək taksit kartının kredit məbləğini artıra bilərlər

Qeyd edək ki, "Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" şüarı ilə təqdim olunan kart pulsuzdur və kart ilə edilən bütün növ əməliyyatlar, istər nağd istər isə nağdsız, eyni qayda ilə hesablanır. Alış -veriş zamanı xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür və bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, ilik faiz dərəcəsi isə 0%- dir. Həmçinin ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadəsi imkanı da var. Smilecard- ın digər üstünlüklərindən biri də 20%-dək cashback qazandırmasıdır.