Məcburi köçkünlərin məskunlaşdığı evdəki yanğında 1 nəfər xəsarət alıb (VİDEO)


Digərləri 20 Fev 2019 09:51:00 232 0

Məcburi köçkünlərin məskunlaşdığı evdəki yanğında 1 nəfər xəsarət alıb (VİDEO)

Sabunçu rayonu, Zabrat qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı evlərdə baş verən yanğın zamanı 1 nəfər xəsarət alıb.

Bakı. Ceyhun Ələkbərov - Sabunçu rayonu, Zabrat qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı evlərdə baş verən yanğın zamanı 1 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, hadisə ötən gün saat 23:00 radələrinə bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə baş verib. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alan şəxsi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar. Xəstəxanadan Trend-ə verilən məlumata görə, yanğında xəsarət alan şəxs 1977-ci il təvəllüdlü İsmayılova Süsən Qurban qızıdır. O üzünün və sağ əlinin yanması xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.