Belçikada 27 nəfər hələ də Hitler təqaüdü alır


Dünya 20 Fev 2019 09:38:00 255 0

Belçikada 27 nəfər hələ də Hitler təqaüdü alır

Belçikanın 27 vətəndaşı Almaniyadan 1941-ci ildə hələ nasist lideri Adolf Hitler tərəfindən təyin olunmuş təqaüd ödənişlərini almaqdadır.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "De Morgen" nəşri yazıb.

Bildirilir ki, bu pensiya faşist Almaniyası tərəfindən "loyallıq, sadiqlik və itaət"ə görə təyin edilib.

Nəşrin yazdığına görə, 1949-cu ildən sonra Almaniya Federativ Respublikası Böyük Vətən müharibəsində məğlub olmuş dövlətin hüquqi varisi olaraq, beynəlxalq hüquq çərçivəsində təqaüd də daxil olmaqla, III Reyxin bütün öhdəliklərini öz üzərinə götürüb və bu səbəbdən də pul köçürmələrini davam etdirib.