Hindistan da "Kalaşnikov" buraxacaq


Dünya 20 Fev 2019 09:29:00 227 0

Hindistan da "Kalaşnikov" buraxacaq

Hindistanda "Kalaşnikov" avtomatlarının istehsalı üzrə zavodun yaradılması barədə Rusiya ilə hökumətlərarası razılaşma bu ilin sonunda imzalana bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə rusiyalı rəsmi Viktor Kaldov "Aero-Hindistan - 2019" sərgisi zamanı deyib.

Onun sözlərinə görə, zavodun yaradılmasına yatırılacaq vəsaitin məbləği, silahların növü barədə məsələlər daha sonra dəqiqləşdiriləcək.