2018ci ildə 30,5 milyon turist Çini ziyarət edib


Dünya 20 Fev 2019 08:59:00 213 0

2018ci ildə 30,5 milyon turist Çini ziyarət edib

Çinin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə xarici turistlər ölkəni 30,5 milyon dəfə ziyarət ediblər. 2017-ci illə müqayisədə bu göstərici 4,7 faiz artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmin turistlərin 13 milyonu işgüzar səfər, elmi mübadilə, sərgilərdə və seminarlarda iştirak etmək məqsədi ilə ölkəyə gəlib.

Ötən il xarici turistlər Çində ümumilikdə 73,1 milyard dollar pul xərcləyib ki, bu da 2017-ci illə müqayisədə 5,1 faiz çoxdur. KXR-ə turist axınına görə ilk yerlərdə Malayziya, Sinqapur, ABŞ, Cənubi Koreya və Yaponiya gəlir.