Tramp Cənubi Koreya prezidenti ilə Kim Çen Inla görüşünü müzakirə edib


Dünya 20 Fev 2019 08:12:00 307 0

Tramp Cənubi Koreya prezidenti ilə Kim Çen Inla görüşünü müzakirə edib

ABŞ prezidenti Donald Trump bildirib ki, Cənubi Koreyanın prezidenti Mun Çje İnlə Şimali Koreya lideri Kim Çen Inla görüşü müzakirə edib.

Son.az Trend-ə istinadən bildirir ki, Tramp qeyd edib ki, gələcək görüşün "bütün aspektləri" müzakirə olunub. Trampın sözlərinə görə, bundan başqa çərşənbə günü Yaponiyanın baş naziri Sindzo Abe ilə görüş olacaq.

Tramp deyib ki, Koreya yarımadasının denuklerizasiyası onun məqsədi olaraq qalır: "Xüsusi tələsməyi planlaşdırmıram".