Uçan təyyarədə əqrəb sərnişinlər arasında çaxnaşmaya səbəb olub


Digərləri 20 Fev 2019 07:35:00 205 0

Uçan təyyarədə əqrəb sərnişinlər arasında çaxnaşmaya səbəb olub

İndoneziyada Pekanbaru-Cakarta reysi ilə uçan "Boeing-737" təyyarəsində əqrəb sərnişinlər arasında çaxnaşmaya səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təqribən 12 düym uzunluğunda həşərat sərnişinlərdən biri yuxarı baqaj yerindən əl yükünü götürərkən plastik qapağın kənarına çıxıb.

Asiya meşə əqrəbi adlandırılan bu növün ən təhlükəli və zəhərli həşəratlardan biri olduğu bildirilir. Onun nə vaxtdan təyyarənin göyərtəsində olduğu məlum deyil. Qapağın kənarında görünən əqrəb sərnişinlər arasında çaxnaşma yaradıb.

Baş verən hadisənin şahidi olmuş Kərim Taslin adlı sərnişin bildirib ki, təyyarə endikdən sonra sərnişinlər əl yüklərini götürməyə başlayanda əqrəb onların başı üzərində görünüb. K.Taslin xidmət personalını çağırmaq üçün düyməni basdığını, lakin heç kimin ona yaxınlaşmadığını deyib. Bundan sonra o, çantasını götürərək təyyarəni təcili tərk edib.