Azərbaycanda yeni çay, limon və naringi sortları yaradılıb
Digərləri 20 Fev 2019 07:48:00 309 0
Azərbaycanda yeni çay, limon və naringi sortları əldə edilib.
Son.az bildirir ki, bunu Trend-ə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) direktoru, elmlər doktoru, professor Fərman Quliyev deyib.
F.Quliyevin sözlərinə görə, uzun illər ərzində aparılan tədqiqat işləri nəticəsində mövcud limon, çay və naringi sortları arasından təsərrüfat göstəricilərinə - məhsuldarlığına, keyfiyyətinə, şaxtaya və quraqlığa davamlılığına, zərərvericilərə qarşı dözümlülüyünə görə ən yaxşı sortlar yoxlanılıb. Tədqiqatlar nəticəsində 4 yeni çay sortu əldə edilib.
Alim klon seleksiyası yolu ilə əldə edilən və artırılan həmin çay sortlarını "Fərmançay", "Fərmançay çəhrayı", "Lənkəran", "Xəzər" adlandırdığını da söyləyib: "Həmin çay sortları bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəricilərinə görə rayonlaşdırılmış "Azərbaycan-2" çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib. Əldə edilmiş yeni sortlar gələcəkdə təsərrüfatlarda yayıla bilər".