Hansı dövlət əmlakları özəlləşdirildi?


Digərləri 20 Fev 2019 07:55:00 176 0

Hansı dövlət əmlakları özəlləşdirildi?

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 19-da növbəti hərrac keçirilib.

Komitədən Son.az-a verilən məlumata görə, budəfəki hərracda özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisə və obyektləri, qeyri-yaşayış sahələri, yarımçıq tikili aiddir. Özəlləşdirmədə iştirak edən şəxslərdən 4-ü seçdiyi dövlət əmlakları üzrə sifarişi elektron formada verib.

Yeni biznes imkanları təklif edən kiçik dövlət müəssisələri paytaxtda və Gəncə şəhərində yerləşir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi ünvanındakı ticarət obyektinin ümumi faydalı sahəsi 90.5 kv.m-dir. Adıçəkilən dövlət əmlakına müxtəlif iqtisadi sahələr üzrə sərmayə qoyulması onu investor üçün gəlirli fəaliyyətə çevirə bilər. Gəncə üzrə özəlləşdirilən kiçik dövlət müəssisəsinin isə ümumi faydalı sahəsi 56 kv.m-dir. Nizami rayonu, Yeni Gəncə qəsəbəsindəki bu dövlət əmlakını investor 5 min 500 manata özəlləşdirib.