Azərbaycanda yeni çay, limon və naringi sortları yaradılıb (ÖZƏL)


Digərləri 20 Fev 2019 07:45:00 225 0

Azərbaycanda yeni çay, limon və naringi sortları yaradılıb (ÖZƏL)

Azərbaycanda yeni çay, limon və naringi sortları əldə edilib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda yeni çay, limon və naringi sortları əldə edilib. Bunu Trend-ə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) direktoru, elmlər doktoru, professor Fərman Quliyev deyib. F.Quliyevin sözlərinə görə, uzun illər ərzində aparılan tədqiqat işləri nəticəsində mövcud limon, çay və naringi sortları arasından təsərrüfat göstəricilərinə - məhsuldarlığına, keyfiyyətinə, şaxtaya və quraqlığa davamlılığına, zərərvericilərə qarşı dözümlülüyünə görə ən yaxşı sortlar yoxlanılıb. Tədqiqatlar nəticəsində 4 yeni çay sortu əldə edilib.