Nikaraquada müxalifət liderinə 216 il həbs cəzası verilib


Dünya 20 Fev 2019 07:07:00 229 0

Nikaraquada müxalifət liderinə 216 il həbs cəzası verilib

Nikaraqua məhkəməsi 2018-ci ildə hökumət əleyhinə etirazlarda iştirak edən müxalifət lideri Medardo Mayrenaya 216 il həbs cəzası verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, o, Nikaraquada kəndlilərin torpaq sahələrinin qorunması üçün transokean kanalının tikintisinə qarşı çıxan kəndli hərəkatının lideridir.

Mayrena bir sıra ittihamlar, o cümlədən terror və qətllərin təşkili üzrə təqsirkar bilinib. Onunla birlikdə daha iki müxalifətçi - Pedro Mena və Luis Orlando İkabalsetaya da hökm oxunub. Hər iki müxalifətçiyə müvafiq olaraq 210 və 159 il həbs cəzası verilib.