"Forbes": Plovdiv Avropada ən perspektivli daşınmaz əmlak bazarıdır


Dünya 20 Fev 2019 06:30:00 212 0

"Forbes": Plovdiv Avropada ən perspektivli daşınmaz əmlak bazarıdır

Bolqarıstanın paytaxt Sofiyadan sonra ən böyük şəhəri Plovdiv 2019-cu ildə Avropanın Mədəniyyət Mərkəzi qismində dekabr ayına kimi turistlərin diqqət mərkəzində olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşr Plovdivdə daşınmaz əmlak qiymətlərinin Sofiya ilə təxminən eyni səviyyədə olduğunu, 2018-ci ildə qiymətlərin 9 faiz, lüks daşınmaz əmlak bazarında isə 6 faiz qalxdığını bildirir. Diqqətə çatdırılır ki, Avropanın Mədəniyyət Mərkəzinin seçilməsi gələcək illərdə Plovdivə böyük sərmayələrin cəlb edilməsi üçün təkan olacaqdır.