Çin kosmosda orbital elektrik stansiya quraşdıracaq


Digərləri 20 Fev 2019 02:30:00 233 0

Çin kosmosda orbital elektrik stansiya quraşdıracaq

Çin alimləri kosmosda günəş enerjisini toplayacaq və lazerin köməyi ilə Yerə ötürəcək orbital stansiya üzərində işləyirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, artıq Çinin Çunçin şəhərində bu məqsədlər üçün istifadə olunacaq eksperimental bazanın tikintisinə başlanılıb. Yaxın 5 ildə ilk sınaq elektrik stansiyası stratosferə buraxılacaq. Layihəni ölkənin Kosmik Texnologiyalar Agentliyi həyata keçirir. Bu agentlik 2022-ci ildə Çinin xüsusi kosmik stansiyasının quraşdırılmasını da planlaşdırır.

Cari ildə Çinin kosmik proqramlarının həyata keçirilməsinə 8 milyard dollar ayrılıb. Bu, ABŞ-dan sonra dünyada ikinci göstəricidir.