Azərbaycan məhsulları “Prodexpo 2019”-da medala layiq görülüb (FOTO)


Digərləri 20 Fev 2019 00:24:49 287 0

Azərbaycan məhsulları “Prodexpo 2019”-da medala layiq görülüb (FOTO)

Azərbaycan məhsulları 11-15 fevral tarixlərində Moskvada təşkil edilmiş “Prodexpo 2019” beynəlxalq sərgidə nümayiş olunub.

Bakı. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları 11-15 fevral tarixlərində Moskvada təşkil edilmiş “Prodexpo 2019” beynəlxalq sərgidə nümayiş olunub. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgidə qida, şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 31 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib. Məhsullarımız sərgi təşkilatçıları və xarici şirkətlər tərəfindən yüksək qiymətləndirilib. Belə ki, sərgi zamanı təşkil olunmuş “Prodexpo International Wine Competition and Guide” müsabiqəsində “Göygöl Şərab Zavodu”nun istehsalı olan şərablar - “Karabakh Chardonnay” qızıl, “Karabakh saperavi” gümüş, “Karabakh rose” bürünc medala, “İlin məhsulu 2019” beynəlxalq müsabiqəsində isə “Ləzzət qida sənaye” MMC-nin “Lay-Lay” qənnadı məhsulu qızıl medala layiq görülüb. Sərgidə Azərbaycan məhsullarının ixracına dair danışıqlar aparılıb, razılıqlar əldə olunub.