Günün qoroskopu: Çətin, qarışıq və mürəkkəb gündür


Digərləri 20 Fev 2019 00:01:00 243 0

Günün qoroskopu: Çətin, qarışıq və mürəkkəb gündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - İşə ciddi yanaşın. Qeyri-ciddilik, hərdəmxəyallıq problemlər yarada bilər. Peşəkar fəaliyyət müstəvisində irəliləyişə nail olmaq istəyirsinizsə, rəhbərliyin möveqlərinə zidd addımlar atmayın. Bu minvalla müşkül situasiyalar yaratmayın. Kritik məqamlarda məntiqli davranın. Belədə sizə səhvlərinizi bağışlayarlar.

Günün ikinci yarısının maliyyə fonu uğurlu deyil. Planlaşdırılmamış xərclər, itkilər ola bilər. Anlaşma və sövdələşmələr perspektivli deyil.

Şəxsi münasibətlərdə aktiv olun.

Axşam saatlarında normal istirahət edin.

Buğa - Müsbət təmayüllərin təsir gücü artır. Nəzərdə tutduğunuz ideya və ya planı uğurla reallaşdıra bilərsiniz. Gələcəklə bağlı planlar qurmaq olar. Onları tez bir zamanda həyata keçirməyə çalışın. Şəxsi münasibətlərdə təşəbbüs zamanıdır.

Həmkarlarınız, dostlarınız, qohumlarınız sizi dəstəkləyəcəklər.

Günün ikinci yarısı maliyyə baxımından uğurludur. Gəlir əldə etmək, sərfəli anlaşma və ya sözləşməyə nail olmaq şansları var. Pulu məntiqlə xərcləyin. Axşam saatlarında aktiv istirahəti seçin.

Əkizlər - Sizə maraqlı təsir bağışlamayan işlərə çox vaxt sərf etməli olacaqsınız. Əfsuslar olsun ki, bu işləri nə başqasına həvalə etmək, nə də təxirə salmaq mümkün deyil. Sizə əziz olan insanlarla münasibətlərdə problemlər yarana bilər. Səylərinizə rəğmən, ixtilafın qarşısını almaq asan deyil.

Narahat olmayın. Mənfi təmayüllərin təsiri çox çəkməyüəcək. Münasibətlərdəki harmoniya bərpa olunacaq.

Alış-veriş məsləhət deyil. Sizə əsla gərək olmayan əşya ala bilərsiniz.

Xərçəng - Kiçik çətinliklər yaranacaq, amma onları uğurla dəf edəcəksiniz. Dostlar və etibarlı, sınanmış müttəfiqlər sizə yardım edəcəklər. Anlaşma, uzunmüddətli əməkdaşlıqla bağlı sözləşmə üçün əlverişli zamandır. Yeni tanışlıqlara laqeyd yanaşmayın. Az sonra onlardan biri faydalı ola bilər.

Günün ikinci yarısında yeni məqsədlər və hədəflər formalaşacaq. Onlar peşəkar fəaliyyətinizi daha rəngarəng edəcək. Şəxsi münasibətləri unutmayın. Təşəbbüskar olsanız, müsbət dəyişikliklər və irəliləyişlər yaşanacaq.

Şir - Maraqlı gündür. Fəal olun, süstlüyə qapılmayın. Gündəlik, rutin işlərə yaradıcı yanaşma gərəkli nəticəyə nail olmaqla yanaşı, yeniliyi əxz etməyə imkan verəcək. Yeni müttəfiqlər tapa bilrsiniz. İntuisiyanız itidir. Onun siqnallarına qulaq assanız, hətta ən çətin vəziyyətdə də kobud səhvlərə yol verməyəcəksiniz.

Yaxın ətrafınızdakı insanların sizin yardımlarınıza ehtiyacı var. Dəstək olmaqdan boyun qaçırmayın. Amma kimsəyə imkan verməyin ki, sizdən sui-istifadə etsin. Səfər və səyahət, habelə uzaqdan gəlmiş şəxslə ünsiyyət üçün əlverişli zamandır.

Qız - Enerjili, aktiv olun. İntizamlı davranın. Soyuqqanlı və təmkinli hərəkətlər bu gün əsas üstünlüyünüz ola bilər. Əvvəlki günlərlə müqayisədə daha çox işləməli olsanız da, yorğunluqdan şikayətlənməyin. Yeni ideyalar və cəsarətli təşəbbüsləri dəstəkləyin. Qeyri-standart qərarlar qəbul etməyi bacaran insanla qarşılaşacaqsınız.