Cəməl savaşı


Digərləri 19 Fev 2019 23:50:00 76 0

Cəməl savaşı

Həzrət Əli ibn Əbu Talibin (ə) xilafətinin əvvəllərinə təsadüf etmiş ilk böyük döyüş hicri 36-cı il cəmadi əl-sani ayının 10-da (miladi 656-cı ilin dekabrı) İmam Əlinin (ə) başçılıq etdiyi qoşunla məşhur səhabələr Zübeyr ibn Avvam və Təlhə ibn Übeydullahın, eləcə də, ümmül-möminin Aişənin başçılıq etdikləri qoşun arasında baş vermiş Cəməl savaşıdır. "Cəməl" sözünün ərəb dilndən tərcüməsi "dəvə" deməkdir. Savaş boyunca ümmül-möminin Aişə Əskər adlı zirehli dəvənin belindəki kəcavədə oturduğu üçün həmin döyüşə "dəvə döyüşü" deyilir.

Bu xəbəri də oxu: Azərbaycan nefti bahalaşır

Son.az islam.az-a istinadən bildirir ki, hicri 35-ci ilin zilhiccə ayında qətlə yetirilmiş üçüncü xəlifə Osman ibn Affandan sonra müsəlmanlar böyük əksəriyyətlə Əli ibn Əbu Talibə (ə) beyət etdilər. Onu xəlifə kimi tanıyanların ön sırasında Zübeyr ibn Avvamla Təlhə ibn Übeydullah dururdular. Lakin zaman bunu göstərdi ki, bu iki səhabənin Əliyə (ə) beyəti müvəqqəti və təmənnalı xarakter daşıyırdı. Onlar xilafətin mühüm strateji əhəmiyyətə malik iki şəhərinin - Kufə ilə Bəsrənin valiliyini Əlidən (ə) tələb etdilər. İmam Əli (ə) onların həmin vəzifələrə layiq olmadıqlarını bildiyi üçün xahişə rədd cavabı verdi. Bundan narazı qalan Zübeyr və Təlhə ümrə ziyarəti etmək bəhanəsi ilə Mədinədən çıxdılar. Məkkədə onlar ümmül-möminin Aişəni də öz tərəflərinə cəlb etməyə nail oldular. İraq ərazisində yerləşən Bəsrə şəhəri silahlı çıxış üçün əlverişli məkan idi. Təlhə, Zübeyr və ümmül-möminin Aişə Bəsrəni ələ keçirib, orada öz ətraflarına tərəfdar yığmağa başladılar. Onların əsas şüarı üçüncü xəlifə Osman ibn Affanın qatillərini tapmaq və onlardan intiqam almaq idi. Halbuki, Osmanın qətli ilə nəticələnmiş hadisələrdə onların özləri də çox fəal iştirak etmiş, nəinki baş verənlərin qarşısını almağa çalışmamış, hətta vəziyyətin daha da gərginləşməsinə səbəb olmuşdular.

İmam Əli (ə) vəziyyətdən xəbər tutan kimi qoşun toplayıb, Bəsrə istiqamətində hərəkətə başladı. Onun Kufəyə göndərdiyi şəxslər şəhərdəki qeyri-müəyyənlik mühitini aradan qaldırıb kufəliləri Əlinin (ə) tərəfinə cəlb etdilər.

Hicri 36-cı il cəmadiyüs-sani ayının 10-da (miladi 656-cı ilin dekabrı) Bəsrə yaxınlığında iki tərəf qarşılaşdı. Əli ibn Əbu Talibin (ə) tərəfdarlarının sayı 20 minə çatırdı. Təlhə və Zübeyrin silahdaşlarının sayı bundan da çox idi (30 min nəfər olduğunu yazırlar). Gərgin döyüşdə gah bu, gah da o biri tərəf üstünlük qazanırdı. Döyüşün qızğın çağında Təlhə ibn Übeydullah öz silahdaşı Mərvan ibn Həkəm tərəfindən oxla vuruldu (Təlhə Osmanın başına gələn hadisələrdə fəal iştirak etdiyi üçün Osmanın əmisi oğlu Mərvan intiqam məqsədilə onu öldürmüşdü). Oğlu Abdullah tərəfindən qızışdırılan Zübeyr ibn Avvam döyüş meydanında İmam Əli (ə) ilə üzü-üzə gəldi, Əli (ə) gələcəkdə Zübeyrin onunla döyüşəcəyi və bu zaman haqsız olacağı barədə Peyğəmbərin (c) hədisini ona xatırlatdı. Zübeyr öz əməlindən peşman olub, savaş meydanını tərk etdi, Mədinəyə doğru qayıdarkən yolda sui-qəsd nəticəsində öldürüldü.

Bəsrə qoşunu başsız qaldığını görüncə zəiflədi. Artıq döyüş halqası Aişənin mindiyi dəvənin ətrafında daralırdı. Dəvə sanki bəsrəlilərin döyüş bayrağına çevrilmişdi. Dəvənin ovsarını tutmuş döyüşçülər hər vasitə ilə onu qorumağa çalışırdılar. Nəhayət, İmam Əlinin (ə) tərəfdarlarından biri fürsət tapıb dəvənin ayaqlarını qılıncla kəsdi və dəvə yerə çökdü. Aişəni qoruyanlar bundan sonra təslim oldular. Döyüş Həzrət Əlinin (ə) tərəfdarlarının qələbəsi ilə başa çatdı.

Bu xüsusiyyət insanı ipəkqurduna çevirər like
  • 19 Fev 23:45  
Digərləri Bu xüsusiyyət insanı ipəkqurduna çevirər

İmam Sadiq (ə) buyurur: "Həris iki sifətdən məhrum olmuşdur və nət

arrow Ətraflı
Sinqapurda gənc azərbaycanlı rəssamların sərgisi açılıb (FOTO) like
  • 19 Fev 23:40  
Digərləri Sinqapurda gənc azərbaycanlı rəssamların sərgisi açılıb (FOTO)

Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyinin və

arrow Ətraflı
Donuz ətinin haramlığı – fiziki və mənəvi səbəblər like
  • 19 Fev 23:40  
Digərləri Donuz ətinin haramlığı – fiziki və mənəvi səbəblər

Donuz çox çirkli bir heyvandır və qeyrətsizlik simvolu kimi tanınır. Yem

arrow Ətraflı
TAP layihəsi 85 faizdən çox icra olunub like
  • 19 Fev 23:40  
Digərləri TAP layihəsi 85 faizdən çox icra olunub

Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çər

arrow Ətraflı
"Ermənistanla Azərbaycan heç vaxt “təkbətək” qalmayacaq" like
  • 19 Fev 23:38  
Siyasət "Ermənistanla Azərbaycan heç vaxt “təkbətək” qalmayacaq"

Aleksandr Proxanov Rusiya və sovet yazıçısı, publisist, siyasi və ictimai

arrow Ətraflı
Hansı idmanla hansı yaşda məşğul olmaq daha yaxşıdır? like
  • 19 Fev 23:35  
Digərləri Hansı idmanla hansı yaşda məşğul olmaq daha yaxşıdır?

Hamıya məlumdur ki, kifayət qədər idmanla məşğul olmaq sağlamlığa mü

arrow Ətraflı
Dubaya yolladı, yaxtada dincəldi  FOTO like
  • 19 Fev 23:30  
Digərləri Dubaya yolladı, yaxtada dincəldi FOTO

Britaniyada populyar "TOWIE" realiti-şousunun ulduzlarından olan Lor

arrow Ətraflı
Ölkədə qızıl cüzi bahalaşdı, like
  • 19 Fev 23:27  
Digərləri Ölkədə qızıl cüzi bahalaşdı,

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

arrow Ətraflı
Nevralgiya ilə ürək ağrısını necə ayırd etməli? like
  • 19 Fev 23:25  
Digərləri Nevralgiya ilə ürək ağrısını necə ayırd etməli?

Ürək ağrısı ilə kürəyin arxasında qabırğalararası nevralgiya ağrıs

arrow Ətraflı
ABŞ daha bir ölkədən hərbçilərini çıxara bilər like
  • 19 Fev 23:21  
Dünya ABŞ daha bir ölkədən hərbçilərini çıxara bilər

ABŞ prezidentinin İraq üzrə müşaviri Joey Hood İraqın paytaxtı Bağdadd

arrow Ətraflı
Həqiqi nicat tapanların 8 qrupu like
  • 19 Fev 23:20  
Digərləri Həqiqi nicat tapanların 8 qrupu

İslam dini nicatı insanın öz cövhərində axtarır və buyurur ki, əgər i

arrow Ətraflı
Əməliyyat xəbərini belə verdi: "Çənəmi kəsdirib başıma taxacam" like
  • 19 Fev 23:18  
Digərləri Əməliyyat xəbərini belə verdi: "Çənəmi kəsdirib başıma taxacam"

Aktrisa Gonca Vuslateri əməliyyat olunacağını bildirib.

arrow Ətraflı
Bədəni isidən və sərinlədən parça like
  • 19 Fev 23:15  
Digərləri Bədəni isidən və sərinlədən parça

Alimlərin yaratdığı yeni parça, bədən istiliyini ideal çərçivədə tut

arrow Ətraflı
Behiştin ali dərəcəsini əldə etmək üçün ən sadə yol like
  • 19 Fev 23:10  
Digərləri Behiştin ali dərəcəsini əldə etmək üçün ən sadə yol

Ailə kiçik bir cəmiyyət olaraq, insanların daha tez islah olunmasına yard

arrow Ətraflı
Minlərlə ailəyə şad xəbər: like
  • 19 Fev 23:09  
Digərləri Minlərlə ailəyə şad xəbər:

Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı "Bəzi çoxmənzil

arrow Ətraflı