Bu xüsusiyyət insanı ipəkqurduna çevirər


Digərləri 19 Fev 2019 23:45:00 242 0

Bu xüsusiyyət insanı ipəkqurduna çevirər

İmam Sadiq (ə) buyurur: "Həris iki sifətdən məhrum olmuşdur və nəticədə iki şey onunla olar: qənaətdən məhrum olar və nəticədə rahatlığı əldən verər. Razı olmaqdan məhrum olar və nəticədə yəqini əldən verər".

İmam Əli (ə) buyurur: "Hərislik insanı bir çox eyiblərə düçar edər".

Həzrət Əli (ə) başqa yerdə buyurur: "Ən ehtiyacsız olan ehtiyacsız - o kəsdir ki, hərisliyin əsiri olmaz".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) buyurur: "Hərisin dünyaya məsəli - ipəkqurdunun məsəli kimidir. Hər nə qədər ətrafına sarıyarsa, ondan xaric olmaq onun üçün daha çətin olar və qüssədən ölər".

İmam Əli (ə) buyurur: "Ən zəlil insan o kəsdir ki, tamahkar, vəsvəsə edən və həris olar".

İmam Hüseyn (ə) buyurur: "Nə haramdan çəkinmək ruziyə mane olar, nə də hərislik ruzini çoxaldar. Bölünmüş ruzi və əcəl - qətidir. Hərislik günaha tərəf çəkər".

İmam Əli (ə) buyurur: "Hərislikdən, qənaətlə intiqam al. Necə ki, düşməndən qisasa görə intiqam alırsan".

İmam Əli (ə) buyurur: "İnsanın ən qəribə üzvü qəlbidir. Qəlbdə hikmətin və ziddi-hikmətin mənbələri olar.

Əgər arzu ona çatarsa, tamah onu xar edər.