Sinqapurda gənc azərbaycanlı rəssamların sərgisi açılıb (FOTO)


Digərləri 19 Fev 2019 23:40:20 225 0

Sinqapurda gənc azərbaycanlı rəssamların sərgisi açılıb (FOTO)

Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyinin və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi – “Dirçəliş” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə Sinqapurda gənc rəssamlarımızın sərgisi keçirilib.

Bakı. Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyinin və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi – “Dirçəliş” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə Sinqapurda gənc rəssamlarımızın sərgisi keçirilib. Trend-ə Azərbaycan XİN-dən verilən məlumata əsasən, fevralın 16-dan 19-dək davam edən sərgiyə 14 gənc və istedadlı rəssam 60-a yaxın sənət əsəri ilə qatılıb. Sərginin açılışında çıxış edən ölkəmizin İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21-22 noyabr 2012-ci il tarixlərində Sinqapur Respublikasına etdiyi dövlət səfərinin ikitərəfli əlaqələrin tarixində yeni səhifənin açdığını xüsusilə qeyd edib. Azərbaycan ilə Sinqapur arasında ikitərəfli diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd edildiyi cari ildə Sinqapurda Azərbaycan gənc rəssamlarının belə sərgisinin ilk dəfə keçirilməsinin iki ölkə arasında humanitar sahədə mübadilə üçün yaxşı zəmin yaratdığını bildirib. İki ölkə arasında əlaqələrin inkişafı, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişlənidirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Daha sonra, tədbir iştirakçılarına 2018-ci ildə islam dünyasında ilk parlament demokratiyası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi, müasir dövrdə Hökumətimiz tərəfindən aparılan islahatlar və ölkəmizin sürətli inkişafı haqqında məlumat verilib.