Hansı idmanla hansı yaşda məşğul olmaq daha yaxşıdır?


Digərləri 19 Fev 2019 23:35:00 312 0

Hansı idmanla hansı yaşda məşğul olmaq daha yaxşıdır?

Hamıya məlumdur ki, kifayət qədər idmanla məşğul olmaq sağlamlığa müsbət təsir göstərir. Bununla yanaşı, bu təsir çox müxtəlif ola bilər.

Fiziki fəallıq ürək xəstəlikləri riskini azaldır, xərçəngin bəzi növlərindən qoruyur və 2-ci tip diabetin inkişafının qarşısını alır.

Bundan başqa idmanla məşğul olmaq bizim psixi sağlamlığımızı da qoruyur.

Bu zaman orqanizm daha çox endorfin istehsal edir və bu bizim əhval-ruhiyyəmizə, özünə inama müsbət təsir göstərir.

Lakin həmçinin aydındır ki, 20 yaşlı insan üçün idman 40 yaşlı insan üçün məşqlə eyni deyil. Müəyyən bir yaşa uyğun idman növlərinin olduğunu düşünmək daha məntiqli olardı.

Əgər fiziki fəallıq zamanı yaş amilini nəzərə almasaq bəzi hallarda sağlamlığa ciddi zərər yetirə bilərik.

Yaşlı vaxtlarda aktiv olmaqla özümüzü sağlamlıqla və yaxşı əhval-ruhiyyə ilə təmin edirik

"The Conversation" jurnalında hansı fiziki fəallığın hansı yaşda sağlamlığı faydası qorumağa kömək edəcəyi ilə bağlı alimlərin müzakirələri dərc olunub.

Dublindəki Trinity College-dəki fizioterapiya üzrə professor Julie Broderick alimlərin müxtəlif yaş qruplarının nümayəndələri üçün ümumi tövsiyələrindən danışır.

Uşaqlıq

Fiziki məşq uşaqlara inkişaf etməyə, əzələləri möhkəmləndirməyə, özünə və gücünə inamı inkişaf etdirməyə, yuxunun sağlam rejimini qorumağa və gümrah olmağa köməklik edir.

Uşağın "sərbəst" fiziki fəallığa - parkda və ya uşaq meydançasında oynamağa vaxtının olması vacibdir.

Uşaqlıq dövründə uşağın müxtəlif bacarıqlarını inkişaf etdirməsi üçün idmanın bütün növləri ilə məşğul olmasını sınaqdan keçirmək vacibdir.

Bunun üçün üzgüçülükdən tutmuş güləşə qədər hamısı uyğundur. Həmçinin uşağın "sərbəst" fiziki fəallığa - parkda və ya uşaq meydançasında oynamağa vaxtının olması vacibdir.

Yeniyetməlik yaşı

Böyüdükcə uşaqların idmana olan marağı bir qayda olaraq azalmağa başlayır, xüsusilə bu, qızlar üçün səciyyəvidir, Broderick belə deyir.

Lakin bu yaşda idmanla məşğul olmaq təkcə yaxşı fiziki formada qalmağa deyil, yeniyetmələr üçün səciyyəvi olan stressin səviyyəsini azaltmağa və qorxulardan xilas olmağa köməklik edir.

Bu yaşda idmanın komanda oyunlarına üstünlük verilir.

Bu, idmanla məşğul olan zaman motivasiyanı qoruyub saxlamağa, yeniyetmənin ünsiyyət dairəsini genişləndirməyə və intizama riayət etməsinə köməklik edəcək.

Yetkinlik yaşında əsas məsələ uşağın idmana olan marağının azalmamasına kömək etməkdir

Əgər idmanın komanda növü seçilməzsə, o zaman bu üzgüçülük, gimnastika və yüngül atletika ola bilər.

20 yaş

Mütəxəssislərin dediyinə görə, biz həyatımızın bu on illiyində idmanda daha yaxşı nəticələr göstərə bilərik. Bu yaşda reaksiyanın sürəti zirvədə olur, gücün bərpa olunması üçün minimal vaxt tələb olunur.

Kiçik və böyük olduğunuz vaxtlardan fərqli olaraq oksigen qana əhəmiyyətli dərəcədə tez daxil olur.

20 yaşında biz idmanda gözəl nəticələr göstərə bilərik. Şəkildə: isveçrəli xizəksürən Patrick Burgener

Əgər sizin 20-yə yaxın və ya tam 20 yaşınız varsa o zaman bu yaşda maksimal nəticələrə nail olmağa cəhd edin.

İdmanın müxtəlif növlərini - reqbi, avarçəkmə, ağır və yüngül atletikanı sınaqdan keçirin. Məşqlərinizin müxtəlif olmasına çalışın.

Aerobika məşqlərini qeyri-aerobika və güc məşqləri ilə növbələşdirin.

30 yaş

Bu yaşda güc əzələlərini qorumaq, ürək-damar sistemini sağlam saxlamaq vacibdir.

Bir qayda olaraq bu yaşda işimiz oturaq və çoxlu ailə qayğılarımız olur. Ona görə də bizə idmanla məşğul olmaq üçün vaxt tapmaq çətindir.

Amma ağılla hərəkət etmək lazımdır. Vaxt azlığına görə məşqlərdən imtina etmək yox, yüksək intensiv intervallı məşqlər (HİİT- məşqləri) kimi tanınan qısa, amma intensiv məşqlə məşğul olmaq lazımdır.

Bu, velosiped sürmək, qaçış, xizəksürmə və üzgüçülükdür.

30 yaşda ağılla hərəkət etmək vaxtıdır