Bədəni isidən və sərinlədən parça


Digərləri 19 Fev 2019 23:15:00 218 0

Bədəni isidən və sərinlədən parça

Alimlərin yaratdığı yeni parça, bədən istiliyini ideal çərçivədə tutmaq üçün mühit istiliyinə görə özünü nizamlaya biləcək.

Son.az deyerler.org-a istinadən bildirir ki, kələm kimi qat-qat geyinməkdən, baharda pencək götürüb əldə daşımaqdan nifrət edənlər, evdən çıxarkən, "hava necə olacaq görəsən?", gərginliyi yaşayanlar üçün alimlər bir həll tapdı. Artıq paltarlar, bədən istiliyi çox artdığında və ya çox düşdüyündə özünü ona görə nizamlaya biləcək.

Science jurnalında, Merilend Universitetinin araşdırmaçılarının hazırladığı parça üstünə bir məqalə nümayiş olundu. Yeni material, parçanın götürdüyü istilik miqdarını nizamlaya biləcək xüsusiyyətə malikdir.