21 yaşlı Gəncə sakinində silah aşkarlanıb


Digərləri 19 Fev 2019 23:02:00 257 0

21 yaşlı Gəncə sakinində silah aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Son.az Trend-ə istinadən bildirir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 21 yaşlı Oktay Əliyevin yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 ədəd 16 kalibirli lüləsi kəsilmiş "TOZ" markalı odlu ov silahı, 2 ədəd 16 kalibirli patron və 2 ədəd qara rəngli dəmir "beşbarmaq" aşkar olunaraq götürülüb.