Azərbaycanda məmurun qardaşına qarşı dələduzluq edən şəxs həbs edildi


Digərləri 19 Fev 2019 22:33:00 187 0

Azərbaycanda məmurun qardaşına qarşı dələduzluq edən şəxs həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham Xıdırov və Nazim Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Xıdırovun 9 il 6 ay və N.Mustafayev isə 5 il müddətinə azadlıqdan məhrum edilib. N. Mustafayev məhkəmə zalında həbs edilib.  

İttihama görə, təqsirləndirlən şəxslər İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib, satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəklərini vəd edib, lakin həmin şəxsləri aldadıblar.

Digər təqsirləndirilən N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilməmişdi.