Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?


Digərləri 19 Fev 2019 22:36:00 218 0

Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?

Paytaxtın Afiyəddin Cəlilov küçəsi ilə Yusif Səfərov küçəsinin kəsişməsindəki işıqforun fəaliyyət rejimi sürücüləri kifayət qədər narahat edir. Bir istiqamətə 90 saniyə qırmızı işıq yanması nəqliyyatın hərəkətində sıxlıq yaradır ki, bu da hərəkətin tənzimlənməsinin düzgün təyin edilmədiyinə dəlalət edir. Bəs bu problemi necə həll etmək olar? Hansı alternativ variantların tətbiq edilməsi zəruridir?

Son.az oxu.az-a istinadən bildirir ki, nəqliyyat eksperti Elməddin Muradlı sürücülərin haqlı narazılıq etdiyini vurğulayıb.

Onun sözlərinə görə, sözügedən küçələrin kəsişməsində paralellik aparılmayıb:

"Yusif Səfərov küçəsini şəhərdən çıxış nöqtəsi kimi götürsək, Heydər Əliyev və Babək prospektlərinə çıxış var. Amma Afiyəddin Cəlilov küçəsi ilə gələn sürücülər üzü şəhər istiqamətinə gedir. İrəlidən isə Üzeyir Hacbəyov, Səməd Vurğun küçələrinə doğru yollar ayrılır.

Yəni, burada Y.Səfərov küçəsinə 80-90 saniyə qırmızı işıq verib, A.Cəlilov küçəsini 20-25 saniyə yaşıl işıqla təmin etmək düzgün deyil. Belə olan halda nəqliyyat axını düzgün tənzimlənmir. Mənə elə gəlir ki, bu yolda yaranan problemi aradan qaldırmaq üçün yeraltı tunel açmaq olar. Eyni zamanda, Nobel prospektindən Y.Səfərov küçəsinə daxil olan nəqliyyat vasitələrinə mane olmadan A.Cəlilov küçəsi ilə gəlib Y.Səfərov küçəsinə dönən nəqliyyat vasitələri üçün sağ zolaqdan daimi hərəkət təmin etmək mümkündür.