Hər tərəvəz bir orqana bənzəyir


Digərləri 19 Fev 2019 22:25:00 187 0

Hər tərəvəz bir orqana bənzəyir

Təbiətin bizə verdiyi mesajlar var. Sevərək istifadə etdiyimiz bəzi qidalar orqanlarımıza bənzərliyi ilə diqqət çəkir. Alimlər bu bənzərliklərin səbəbsiz deyil, həmin orqanlara faydalı olmasından xəbər verir.

Son.az medicina.az-a istinadən bildirir ki, mətbəxdə istifadə edilən bəzi tərəvəzlər bir çox orqanlara bənzədilə bilər. Bu tərəvəzlərin bənzədikləri orqanlara faydalı olmasından xəbər verir.

1) Avakado   Avakado ana bətnində olan körpəyə bənzəir. Amma bu bənzərlik sadəcə forma ilə məhdudlaşmır. Belə ki, avakadonun yetişməsi üçün 9 ay vaxt tələb olunur. Uşağın ana bətnində qaldığı kimi. Avokado uşaqlıq boynu xərçəngindən qoruyur və hormonları normada saxlayır.       2) Zəncəfil   Zəncəfil kötüyünün mədə ilə bənzərliyi var. Bu bitki əsasən həzm sisteminin pozuntuları zamanı fayda verir. Zəncəfil mədə bulantısı, qusma, qəbizlik və qaz problemlərinə qarşı tətbiq edilir. Eyni zamanda qastrit müalicəsində də faydalıdır.

3) Qoz

Qoz xaricdən yaşıl qabıqla örtülərək sanki içərisində beyin olan kiçik başı xatırladır. Ləpələrin üzərində olan qırışlar beyində olan qırışlarla tam uyğun gəlir. Təsadüfi deyil ki, bu çərəzdən daha əvəllər psixoloji pozuntusu olan insanların müalicəsində istifadə edilirdi. Beyin inkişafı üçün çox faydalı olan qozun tərkibində yaddaşı gücləndirən omega-3 yağları mövcuddur. Gün ərzində istifadə edəcəyiniz 4 ədəd qoz beyin sağlamlığını əhəmiyyətli dərəcədə qoruyacaq.

4) Pomidor

Pomidorun tərkibində olan vitaminlər ürək üçün çox faydalıdır. Pomidorda olan likopen adlı antioksidant, lif, kalsium və C vitamini ürək sağlamlığı üçün çox faydalı hesab edilir. Araşdırmalara görə bu tərəvəzin tərkibində olan antioksidantlar qanı təmizləyir və damar tıxanıqlığını aradan qaldırır. Pomidorun en kəsiyinə baxdıqda onun daxili quruluşunun ürəyə bənzəıdiyini rahatlıqla görmək olar.