Dünyada süni ağıla malik olma yarışması başlanır


Digərləri 19 Fev 2019 22:15:00 237 0

Dünyada süni ağıla malik olma yarışması başlanır

ABŞ-ın Müdafiə Nazirliyi süni ağılın qısa strateji mahiyyətini açıqlayıb.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu haqda "RİA" agentliyi xəbər vermişdir. Qeyd olunduğu kimi, bu, əsasən Rusiyaya və Çinə qarşı yönlənmiş mübarizədir. Pentaqonun fikrinə görə, ölkələrin hərbi məqsədlər üçün süni ağıl sahəsinə yatırımlar etməsi, ABŞ-ın texnoloji və əməliyyat sistemlərini sarsıda bilər.

Amerikanın hərbi qurumları qeyd etmişdir ki, ABŞ strateji vəziyyət və üstünlüyünü saxlamaq üçün, süni ağılla silahlanmalıdır. ABŞ bu sahədə xüsusi şirkətləri və müttəfiq dövlətlərin köməyini cəlb etmək niyyətindədir.