Ən böyük nemət hansıdır?


Digərləri 19 Fev 2019 22:20:00 205 0

Ən böyük nemət hansıdır?

Bəzilərinin nəzərinə görə, ən böyük nemət - sərvət, məqam, rifah, qüdrətdir. Ancaq əslində ən böyük nemət odur ki, insan İlahi hədəfinə çata bilsin.

O kəsin ki, çoxlu nemətləri olar, ancaq hədəfinə çatmazsa - o kəsə bənzəyir ki, çoxlu maşınları vardır, ancaq özü küçədə taksi axtarır.

Bu səbəbdən deyə bilərik ki, ən böyük nemət - İlahi hidayət, mərifət, kamil itaət, daxili həvəslərdən nicat tapmaq, Məsumlar (ə) kimi rəhbərlərə malik olmaqdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərim buyurur: "Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit)bir din kimi sizin üçün İslamı qəbul etdim". ("Maidə" 3).