Yoxsullar kimi də ölər, lakin varlılar kimi hesaba çəkilər


Digərləri 19 Fev 2019 22:10:00 263 0

Yoxsullar kimi də ölər, lakin varlılar kimi hesaba çəkilər

Hərislik o rəzil sifətlərdəndir ki, həm insanın özünə və həm də ətrafında olanlara çoxlu ziyanlar vurar. Bu ziyanlar ilə tanış olaq:

1. Hərislik, insanı əbədi əzaba düçar edər.

2. Həris insan heç bir zaman doymaz, hətta bütün dünyanın malik olsa belə. Yenə də özünü yoxsul hesab edər.

3. Həris insan yoxsullar kimi yaşayar, yoxsullar kimi də ölər. Son.az deyerler.org-a istinadən bildirir ki, ancaq Qiyamət günü zənginlər kimi hesaba çəkilər.

4. Hərislik, insanı həlak edər. Çünki həris insan dünyaya bağlandığı üçün ətrafında olan təhlükələri görməz. Tələsərək, irəli doğru hərəkət edər.

5. Hərislik insan abrını aradan aparar. Çünki həris insan boynundan zəncir asılmış əsir kimidir. O tərəfə və bu tərəfə çəkilər.