Azərbaycanda münaqişəli ailələrin sayı artır


Digərləri 19 Fev 2019 21:55:09 233 0

Azərbaycanda münaqişəli ailələrin sayı artır

Bu gün biz münaqişəli ailələrin sayının artdığını müşahidə edirik ki, bu da çox zaman boşanma ilə nəticələnir.

Bakı. İlhamə İsabalayeva - Bu gün biz münaqişəli ailələrin sayının artdığını müşahidə edirik ki, bu da çox zaman boşanma ilə nəticələnir. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. H.Hüseynova qeyd edib ki, ailələr çox möhkəm, milli, mənəvi dayaqlar əsasında qurulmalı, ailənin hər bir üzvü bir-biri və cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməlidir. İlk növbədə ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir. Komitə sədrinin sözlərinə görə, təcrübə göstərir ki, ailələrin dağılmasında əsas səbəblərdən biri valideynlərin vaxtilə öz övladlarını düzgün tərbiyə etməməsidir: