ABŞ baş prokurorunun müavini mart ayında vəzifəsindən gedəcək


Dünya 19 Fev 2019 21:12:00 216 0

ABŞ baş prokurorunun müavini mart ayında vəzifəsindən gedəcək

Prezident Donald Trampın seçki kampaniyasının Rusiya ilə mümkün əlaqələrini araşdırmaq üçün xüsusi prokuroru təyin edən baş prokurorun müavini Rod Rozenşteynin mart ayının ortalarında vəzifəsini tərk edəcəyi gözlənilir.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Ədliyyə nazirliyinin rəsmisi Rozenşteynin vəzifəsini tərk etməsinin onun Trampla görüşlərdə səsyazı qurğusundan istifadə edilməsi və ABŞ Konstitusiyasına 25-ci düzəlişdən Trampı vəzifəsindən uzaqlaşdırmaq üçün istifadə edilməsini nəzərdən keçirdiyinə dair yeni iddialarla əlaqəli olmadığını bildirib.